Valyuta alverçilərinin fəaliyyətinin qarşısı alınıb
SMS-bildiriş vasitəsilə dolların manata nisbətdə məzənnəsi ilə bağlı yalan məlumatın yayılmasının qarşısı alınıb – bu barədə Azərbaycan Maliyyə Bazarına Nəzarət Palatasının məlumatında deyilir.
“Müvafiq dövlət orqanları ilə birgə 9944 qısa nömrə vasitəsilə məzənnə ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayan strukturun fəaliyyətinə son qoyulub. Məlumatda deyilirdi ki, dolların alış qiyməti 1,785-1,87 manat təşkil edir, halbuki Mərkəzi Bankın rəsmi məzənnəsi 1,6362 manat təşkil edir. Struktur həmçinin onlarla əlaqə saxlamaq üçün nömrəni də qeyd edirdi - (+9912) 404 13 89», - deyə rəsmi məlumatda bildirilir. Xatırladaq ki, AMB-nın sentyabrın 7-ə bankların valyutadəyişmə məntəqələri üçün təyin etdiyi məzənnə dəhlizi belədir: ABŞ dollarının alışı - $1 üçün 1,5708 manatdan ucuz deyil, satış $1 üçün 1,7016 manatdan baha deyil.
Nəzarət Palatası “unudur” ki, kommersiya banklarının dollar satmaqdan imtinası fonunda qara bazar çiçəklənir. Sadəcə olaraq, bağlanan struktur valyutanı əmtəə kimi “28 May” metrosundakı alverçilərdən daha münasib qiymətə leqallaşdırmağa çalışıb. --17D—
-
- Söz istəyirəm
- 7 Sentyabr 2016 13:13
-
- Siyasət
- 7 Sentyabr 2016 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz