Valyuta hərracında dollar bahalaşıb
Cümə axşamı Mərkəzi Bankın valyuta hərracında dollar yenidən bahalaşıb. Turan-ın məlumatına görə, hərrac 1 ABŞ dolları üçün 1,7146 məzənnəsi ilə başlayıb və 1,7196 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Amerika dollarının məzənnəsin artması dollar defisiti fonunda baş verir. Bankların əksəriyyəti valyuta satışını dayandırıb ki, bu da "qara bazar"ın canlanmasına səbəb olur. "Qara bazar"da dolları 1,80 manata alırlar və 1,81 manata satırlar. -71D-
İqtisadiyyat
-
Dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
-
Yüzlərlə yük maşını Qazaxıstanın Kurık limanında ilişərək Azərbaycana bərə ilə keçmək üçün bir neçə gün gözləyir, lada.kz portalı xəbər verir. Bu durğunluq bərələrin azlığı, əlverişsiz hava şəraiti və Rusiyaya qarşı sanksiyaların genişlənməsi səbəbindən marşrutların dəyişdirilməsi ilə əlaqədardır.
-
Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri son üç il ərzində Azərbaycanın iqtisadiyyatına 61,3 milyon manat sərmayə yatırıb. Bu barədə "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli mətbuat konfransında bildirib.
-
Qlobal iqtisadiyyat davamlı problemlərlə üzləşdiyi bir vaxtda, Çin ilə Azərbaycan arasındakı ticarət azalma tendensiyalarını üstələyərək əhəmiyyətli artım nümayiş etdirib. Azərbaycanın rəsmi statistikasına əsasən, 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dollarına çatıb. Yalnız 2024-cü ilin ilk on ayında ticarət həcmi illik hesablamada 17,1% artaraq 3,02 milyard ABŞ dollarına yüksəlib və illik ticarət göstəricisinin rekord səviyyəyə çatacağı gözlənilir.
Rəy yaz