Valyuta hərracında manatın yeni məzənnəsi müəyyən olunub
Oktyabrın 5-də Azərbaycan Mərkəzi Bankının yeni qaydalarla keçirdiyi ilk valyuta hərracı olub.
Turan-ın məlumatına görə, “Bloomberg” sistemi əsasında keçirilən hərracda kommersiya bankları xarici valyutanı təkcə almaq deyil, həm də satmaq hüququna malikdirlər.
Yeni qaydalara əsasən, hərrac iştirakçıları (satıcılar və alıcılar) öz valyuta sifarişlərini hərrac təşkilatçısının elan etdiyi ilkin məzənnə əsasında yerləşdirirlər.
Valyutanın məzənnəsi tələb və təkliflərdən asılı olaraq dəyişir.
Hərrac sonuncu sessiya zamanı müəyyən olunmuş məzənnə ilə başa çatır.
Növbəti gün üçün rəsmi məzənnə hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunur.
Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.
İlk hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb. Bu, əvvəlki məzənnədən (1,6115) aşağıdır. -71D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz