Vergi bəyannamələrinin 94,3% elektron formada təqdim edilib
2012-ci ilin yekunlarına görə Vergilər Nazirliyinə 312 mindən artıq vergi bəyannaməsi təqdim edilməli idi, onların 96,8% vaxtında – aprelin 1-ə təqdim edilib. Vergilər Nazirliyinin məlumatında deyilir ki, bəyannamələrin 94,3%-i elektron formada təqdim edilib.
Azərbaycanda sayı 400 mindən artıq olan vergi ödəyicilərinin əhəmiyyətli hissəsi sadələşdirilmiş sistemlə vergi ödəyənlərdir. Ona görə də onların əksəriyyəti gəlir bəyannaməsini təqdim etmir. Geniş informasiya işinə baxmayaraq vergi ödəyicilərinin heç də hamısı hesabat və bəyannamələrini vaxtında təqdim etmir. İllik vergi bəyannamələrinin 96,2%-i, mənfəət vergisi bəyannamələrinin 95,1%-i, gəlir vergisi bəyannamələrinin 97,8%-i, yol vergisi bəyannamələrinin 94,3%-i, əmlak vergisi bəyannamələrinin 90,3 %-i vaxtında təqdim edilmişdir.
Azərbaycanda 2005-ci ildən «Korrupsiya ilə mübarizə haqqında» qanun fəaliyyət göstərir, bu qanuna əsasən dövlət qulluqçuları gəlirləri haqqında ğəyannamə təqdim etməlidir. Ancaq bu sistem işləmir. 08D
-
- İqtisadiyyat
- 17 Aprel 2013 13:14
-
- İqtisadiyyat
- 17 Aprel 2013 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz