Vergi cinayətləri 10,7% azalıb
Bu ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 368 milyon manatdan çox vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəkindən 282,4 mln manat və ya 10,7% azdır. Amma vergi əməkdaşları proqnozu 1,7% artıq yerinə yetirdiyini iddia edir.
Vergilər Nazirliyinin məlumatına görə, qeyri neft-qaz sektoru vergilərin 65,4%-i (1 mlrd 549 mln manat) təmin edib (müxtəlif xidmətlər üzrə dövlət rüsumları da bura daxildir). 2014-cü ilin eyni dövrü ilə müqayisədə qeyri neft-qaz sektorundan 137,1 mln manat çox vəsait toplanıb.
Qeyd edək ki vergi mədaxilinin azalması neftin ucuzlaşması ilə bağlıdır.
Vergi orqanları ilin əvvəlindən özəl sektora təzyiqləri artırıb: səyyar vergi yoxlamaları çoxalıb, sahibkarları əvvəlki illərdəkindən daha çox ödənişi dövlət büdcəsinə köçürmək öhdəliyini nəzərdə tutan tərəfdaş sazişi imzalamağa məcbur edirlər. O,. 08B
-
- Video
- 15 May 2015 12:38
-
- İqtisadiyyat
- 15 May 2015 14:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz