Daxili bazarda benzin satmaq SOCAR üçün sərfəlidir
Azərbaycanda benzinə tələbat artır. Belə davam etsə, 2017-ci ildə bu tıələbatı ödəmək mümkün olmayacaq. Ona görə mövcud müəssisələr yenidən qurulmalı və müasirləşdirilməlidir. SOCAR-ın emal üzrə vitse-prezidenti Davud Məmmədov belə deyib.
Qeyd edək ki, H.Əliyev adına Bakı Neft Emalı zavodu ölkədə yeganə NEZ-dir (yanacaq üzrə ixtisaslaşıb). Bu il yanvarın 1-dən “Azərneftyağ” (yağ istehsalı üzrə ixtisaslaşıb) onun tərkibinə daxil edilib.
Davud Məmmədov deyib ki, hazırda Azərbaycanda neft emalı həcmi ildə 6,5 mln tondur. Benzin istehsalı həcmi isə 1,4 mln tondur. Bu həcm daxili bazara yönəldilir.
2014-cü ilin aprelindən SOCAR neft ixrac etmir.
“Benzin ixracı bizə faydalı deyil. Çünki istehsal edilən benzinin keyfiyyəti elə də yüksək deyil - “avro-2” standartına uyğundur. Digər tərəfdən daxili bazarada o, çox bahadır”, - deyə Davud Məmmədov izah edib.
Onun sözlərinə görə, hazırda ölkədə yalnız Ai-92 istehsal edilir. Aİ-95 və Ai-98 SOCAR və Azpetrol tərəfindən idxal edilir.
“Gələcəkdə Ai-95 istehsalını bərpa etmək istəyirik. H.Əliyev adına Bakı Neft Emalı zavodunun yenidən qurulması planı hazırlanıb. 2018-ci ildə ölkədə “avro 5” standartına uyğun Ai-92 və Ai-95 istehsal ediləcək”, deyə Məmmədov vurğulayıb. —12D—
-
- İqtisadiyyat
- 15 May 2015 14:01
-
- İqtisadiyyat
- 15 May 2015 14:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz