Vergi Məcəlləsinə düzəlişlər lizinq şirkətlərinin imkanlarını banklarla bərabərləşdirir
Yanvarın 1-dən Vergi Məcəlləsinə düzəlişlər qüvvəyə minir. Ona əsasən, lizinq obyektləri idxal ediləndə ƏDV tutulmayacaq. Bu, yerli şirkətlərə (23 şirkət) xidmət qiymətini 18% ucuzlaşdırmağa imkan verəcək.
Lizinq Şirkətləri Assosiasiyasının rəhbəri, Joint Leasing şirkətinin baş direktoru Elçin Əhmədovun sözlərinə görə, hazırda ƏDV üzündən xaricdən mal alanda bank kreditləşməsi ilə rəqabət apara bilmirlər.
«Bu səbəbdən lizinq şirkətlərinin əsas müştəriləri fiziki şəxslərdir. Hüquqi şəxslər ƏDV üzündən lizinq şirkətləri ilə əməkdaşlıq etmir, avadanlığı xaricdən özləri alırlar», - deyə o, Turan-a bildirib.
Onun sözlərinə görə, normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün MM, hökumət və dövlət strukturları birgə işləməlidir. Dəqiq sxem hazırlanmalı, proses tənzimlənməli, ƏDV-dən azad edilən lizinq obyektlərinin siyahısı hazırlanmalıdır.
Lizinq bazarının indiki potensialı $600-700 mln təşkil edir. Lizinq münasibətləri Mülki və Vergi məcəllələri ilə tənzimlənir. ---17D—
-
- Siyasət
- 10 Dekabr 2015 13:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz