- İqtisadiyyat
- 10 Dekabr 2015, 13:55
- 195
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı platformada neft sızmasının olmadığını bildirib
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsi nəticəsində dənizə neft sızması müəyyən edilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspedisiya qrupu belə nəticəyə gəlib.
Nazirliyin məlumatında bildirilir ki, yanğın baş verən zaman 30 quyudan 28-i işlək vəziyyətdə olub.1 neft və 1 qaz quyusu işləməyib. İstismar edilən 28 quyudan 21-i qaz-lift üsulu ilə işləyən neft, 7-i isə qaz quyusudur. Neft quyuları qaz-lift üsulu ilə işlədiyindən qəza zamanı quyulara qazın vurulması dayandırılıb. Bu səbəbdən neftin su mühitinə düşmək ehtimalı yoxdur.
Hazırda yanğının davam etdiyi digər 7 quyudan 4-ü qaz, 3-ü isə qaz-kondensat quyusudur ki, 4 qaz quyusundan çıxan təbii qaz tam yandığı üçün atmosfer havasına zərərli təsiri nisbətən azdır.
Yalnız 3 qaz-kondensat quyusundan müəyyən qədər kondensat sızması ehtimalı dəyərləndirilir. Lakin bu quyulardan çıxan karbohidrogenlərin yanması dənizə neft sızması ehtimalını sıfıra endirir və yuxarıda qeyd edildiyi kimi karbohidrogenlər yandıqda daha az zərərli maddələrə çevrilir.
Vizual müşahidələr göstərir ki, dənizdə çirklənmə, platformanın ətrafında neft ləkələri yoxdur. Bununla belə, təhlillər üçün sudan və atmosferdən nümunələr mütəmadi olaraq götürülür və nazirliyin laboratoriyalarında yoxlanılır.08D
-
- Siyasət
- 10 Dekabr 2015 14:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz