Vergi mədaxili 6,75% artıb
2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd 113,6 mln manat olub. Bu, 2013-cü ildəkindən 450 mln manat çoxdur. Vergilər Nazirliyi proqnozu yerinə yetirib.
Vergilər Nazirliyinin məlumatına görə, ötən il mənfəət vergisi lider olub (2,3 mlrd manat). Əvvəlki illə müqayisədə büdcənin bu növ üzrə gəliri 3% azalıb. Bu, neftin ucuzlaşması ilə bağlı ola bilər. Görünür, buna görə, royalti proqnozuna əməl edilməyib: 2013-cü illə müqayisədə bu növ üzrə vergi mədaxili 4,4% azalaraq 116,1 mln manat olub.
İllik hesablamada gəlir vergisi ödənişi 14% artaraq 980 mln manat olub.
Kiçik sahibkarlar və nəqliyyat, mənzil tikintisi şirkətəri dövlət büdcəsinə 153,4 mln manat sadələşdirilmiş vergi ödəyib. Bu, 2013-cü ildəkindən 28,3% çoxdur.
Vergilər Nazirliyi 2 mlrd 48 mln manat ƏDV toplayıb. Bu, 2013-cü ildəkindən 18,8% çoxdur.
Büdcə mədaxilində Vergilər Nazirliyinin payı 38,5% olub.
Yanvarın 10-da «Vergilər Məcəlləsinə dəyişikliklər haqqında qanun» təsdiq edilib. Bu ildən qiymətli metallar və daşlar, bank əmanətlərindən gəlirlər vergiyə cəlb ediləcək. Yol vergisi, avtomobil idxalı üzrə aksizlər artırılıb. 08B
-
- İqtisadiyyat
- 12 Yanvar 2015 14:10
-
- Siyasət
- 12 Yanvar 2015 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz