Vergi ödəyicilərinin qeydiyyatının illik dinamikası 0,9% artıb
2013-cü ildə Azərbaycanda 72 984 vergi ödəyicisi qeydiyyata alınıb. Bu, 2012-ci ildəkindən 0,9% çoxdur, deyə Vergilər Nazirliyində Turan-a bildiriblər.
İllik hesablamada vergi ödəyicisi sayı 56 118 subyekt artıb. Demək, il ərzində 16 866 sahibkarlıq subyekti qapılarını bağlayıb.
Vergilər Nazirliyinin məlumatına görə, yanvarın 1-i üçün qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 min 828 olub (gəlir vergisinə cəlb edilən fiziki şəxslər nəzərə alınmadan).
2008-ci ildən Vergilər Nazirliyi kommersiya subyektlərini qeydiyyata alır. 2011-2012-ci illərdə fiziki və hüquqi şəxsləri elektorn qaydada qeydiyyata almağa başlayıb. 2013-cü ildə elektron qaydada 30,8 min subyekt qeydiyyata alınıb. 08D
-
- İqtisadiyyat
- 15 Yanvar 2014 14:51
-
- İqtisadiyyat
- 15 Yanvar 2014 14:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz