2013-cü ildə istehlak qiymətləri 2,4% artıb
2013cü ildə Azərbycanda istehlak qiymətləri 2,4% artıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Bu, əvvəlki ildəkindən 1,3% çoxdur.
Rəsmi məlumata görə, ötən il ərzaq 2,2% (2012-ci ildə 0,8%), qeyri-ərzaq malları 0,8% (1%), pullu xidmətlərin qiymət və tarifləri 3,5% (1,2%) bahalanıb.
2008-2012-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzi alternativ hesablama aparıb, rəsmi göstəricilərdə ciddi yanlışlar aşkarlayardı. Məsələn, 2012-ci ildə rəsmi istehlak qiymətləri artımı 1,1% olub, amma alternativ müşahidə 9,9%-lik inflyasiya qeydə alıb. Maliyyə olmadığı üçün alternativ hesablama dayandırılıb. DSK bu hesablamalara mənfi yanaşırdı. Çünki beynəlxalq inflyasiya hesablanması metodologiyasına uyğun gəlmirdi.
Amma rəsmi rəqəmlər də göstərir ki, qiymət artımı əhalinin gəlirlərini yeyir. 2005-ci ildən 2012-ci ilə kimi ümumi inflyasiya 80,2% olub. Demək, ayda 100 manat gəlir bu dövrdə 80,2% qiymətdən düşüb. 2013-cü ildə 19,8 manatlıq mal almaq mümkün olub.
2005-2012-ci illərdə ərzaq 99,8%, qeyri-ərzaq malları 42,6%, xidmətlər 69,7% bahalanıb. 08B
-
- İqtisadiyyat
- 15 Yanvar 2014 14:49
-
- İqtisadiyyat
- 15 Yanvar 2014 14:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz