Noyabrda xarici pul kütləsi həcmi 2013-cü ildə maksimum olub
2013-cü ilin oktyabrında pul kütləsinin həcmi 196,4 mln manat və ya 1,3% artaraq 15214,2 mln manat olub. . Son 12 ayda iqtisadiyyatda manat vəsaitlərinin həcmi 2564,6 mln manat və ya 20,3% artıb.
AMB-nin məlumatına əsasən, bank sistemindən kənarda nağd pul həcmi noyabrda 125 mln manat və ya 1,3% artaraq 9849,4 mln manat olub. Nağdsız manat həcmi 71,4 mln manat və ya 1,3% artaraq 5364,8 mln manata çatıb. Manat pul kütləsi strukturunda sonuncuların xüsusi çəkisi 35,3%-dək artıb.
Hesabat dövründə geniş pul kütləsi göstəricisi 421,8 mln manat və ya 2,4%, il ərzində 2501,5 mln və ya 15,8% genişlənərək 18289,2 mln manat olub.
Bank sistemində xarici valyuta kütləsinin həcmi noyabrda 225,4 mln manat və ya 7,9% artaraq 3075 mln manat ekvivalenti təşkil edib. İl ərzində xarici pul kütləsi 2,1% azalıb. Ümumi pul kütləsində manat resurslarının payı 83,2% olub. Bu, 2012-ci ilin 1 dekabr göstəricisindən 3,1% çoxdur.
Pul bazasının ümumi həcmi noyabrda 0,7%, il ərzində 15,6% artaraq 10895,6 mln manat olub. Hesabat dövründə manat pul bazası 0,5% artaraq 10787,7 mln manat olub.--15В--
-
- İqtisadiyyat
- 15 Yanvar 2014 14:46
-
- İqtisadiyyat
- 15 Yanvar 2014 14:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz