Vergilər Nazirliyi 2015-ci ilin I yarısının proqnozunu ödəyib
Vergilər Nazirliyi I yarımil üzrə vergi yığımı proqnozunu 100,8% yerinə yetirib.
Nazirliyin xətti ilə vergi və rüsum yığımı faktiki olaraq 3 mlrd 346 mln 306,8 min manat təşkil edib”, - deyə məlumatda qeyd olunur. Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları 11,6% artaraq 2 mlrd 289 mln 221,5 min manat təşkil edib.
Neft-qaz sektoru Dövlət Neft Şirkəti və Neft Fondundan transfertlər nəzərə alınmadan büdcəyə 1,027 mlrd manat təmin edib. Neft hasilatı azalsa da, dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı yüksəkdir - 68,4%.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd 112 mln manatdır. Bunun 4 mlrd 812 mln manatı qeyri-neft-qaz sektorunun, 2,300 mlrd manatı neft sektorunun payına düşür.
2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19,438 mlrd manat, xərcləri 21,100 mlrd manat təsdiq edilib.—0--
-
- Cəmiyyət
- 13 İyul 2015 16:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz