Vergilər Nazirliyi üçün İKT avadanlığı
NAT MMC Vergilər Nazirliyini İKT üzrə yüksək texnologiyalı avadanlıqla təmin edəcək. Şirkət avadanlıq alınması və xüsusi texniki vasitələrlə təminat üzrə tenderin qalibi olub..
Dövlət Satınalmaları Agentliyinin saytının (http://tender.gov.az/new/?inc=reestr) məlumatına görə, birinci lot 49,87 min, ikinci 34,05 min manatdır.
Nazirlik informasiya texnologiyaları və telekommunikasiyalar üzrə kompleks həllər təqdim edən Caspel şirkəti ilə daha yüksək qiymətli saziş bağlayıb. Vergi ödəyicilərinin xidmət mərkəzlərinə fiberoptik kabel çəkilişi quruma 455 minə, vergi auditinin yeni binasında kabel sistemi yaradılması və tikiliyə kabel çəkilməsi 122,99 min manata başa gəlib. --17D—
-
- İqtisadiyyat
- 9 Oktyabr 2012 15:28
-
- İqtisadiyyat
- 9 Oktyabr 2012 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz