Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
İqtisadi İnkişaf Nazirliyi oktyabrın 20-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçirəcək.
İİN mətbuat xidmətində Turan-a deyiblər ki, yarmarkada iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Gənclərin xaricdə təhsili üzrə dövlət proqramı 2007-ci ildən həyata keçirilir.
2012-ci ilin əvvəli üçün proqram çərçivəsində 23 ölkədə tibb, İKT, iqtisadiyyatın idarə edilməsi və s. üzrə 853 tələbə təhsil alır. Təhsil Nazirliyinin məlumatına görə, təhsili başa vuran 322 nəfərin bir hissəsi daha yüksək təhsil alır, qalanları dövlət və özəl sektorda işlə təmin edilib. 08B
-
- İqtisadiyyat
- 9 Oktyabr 2012 15:15
-
- İqtisadiyyat
- 9 Oktyabr 2012 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz