Vergilər Nazirliyi vergi ödəyicilərinin «qara siyahısını» açıqlayıb
Vergilər Nazirliyi ilk dəfə vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicilərinin «qara siyahısını» açıqlayıb. Siyahıy şimal rayonlarındakı 10 vergi ödəyicisi düşüb. 15 iyul üçün onların vergi borcu 15 396 manatdır.
Vergilər Nazirliyinin «qara siyahısına» 9 fiziki şəxs və bir şirkət – Azərbaycan-Şotlandiya şirkəti “Uzun Meşə” düşüb. Onların dövlət büdcəsinə borcu 2,3 min manatı keçmir.
«Kommersiya sirri haqqında» qanuna və Vergi Məcəlləsinə əsasən, vergi borcu vergi ödəyicilərinin kommersiya sirri sayılmır. Şirkətlərin açıq informasiyalarının siyahısına vergi ödənişləri haqda informasiya daxil edilməyib. Başqa sözlə, Azərbaycanda vergi ödənişləri vergi ödəyicilərinin icazəsi olmadan kənar şəxslər tərəfindən açıqlana bilməz.
Dünyanın bir çox ölkələrində ən iri və qanuna əməl edən vergi ödəyicilərinin siyahısı tərtib edilir. Azərbaycan qanunvericiliyi buna imkan vermir. Ona görə ölkə vətəndaşları dövlət büdcəsinin gəlirlər hissəsində kimin necə iştirak etdiyi barədə informasiya ala bilmir. 08D
-
- Siyasət
- 17 İyul 2014 16:27
-
- İqtisadiyyat
- 17 İyul 2014 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz