Vergilər Nazirliyindən online qeydiyyat rəqəmləri
Vergilər Nazirliyində 1 fevral 2012-ci il - 1 dekabr 2014-cü il müddətində 6 min 698 sahibkar hüquqi şəxs MMC kimi onlayn qeydiyyata alınıb.
Bu ilin yanvar-noyabrında 6 446 hüquqi şəxs qeydiyyatdan keçib. Bunun 2 461-nin e-qeyduyyatı var, deyə nazirlik məlumat verir.
Azalma tendensiyası da var – ötən il elektron qeydiyyatın xüsusi çəkisi 45,2% olub, bu il 38,2%-dir. Ekspertlər bunu perspektivsizlik və nazirliyin özəl sahibkarlığa formal yanaşması ilə izah edir. – açılan MMC-lərin çoxu ya birdəfəlikdir, ya da bir il sonra bağlanır. Onlara kredit vermirlər, açılan kimi nəzarət orqanları qanunsuz yoxlamalar aparır.
Vergilər Nazirliyi 2012-ci ilin fevralından sahibkarlığın azadlığı üzrə beynəlxalq reytinqlərdə xal almaq üçün MMC-lərin onlayn qeydiyyatına başlayıb. --17D—
-
- Cəmiyyət
- 8 Dekabr 2014 14:55
-
- İqtisadiyyat
- 8 Dekabr 2014 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz