Əlillərin problemləri üzrə beynəlxalq seminar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankı “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq təşkilatların nümayəndələri ilə birgə seminar keçirəcək.
Nazirlikdən verilən məlumata görə, bu problem aktualdır və məqsəd tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması sahəsində aparılan işlərdə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, bu sahədə mötəbər beynəlxalq qurumlarla məsləhətləşmələrin aparılmasıdır.
Seminarda Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Bankının əlillik və reabilitasiya üzrə mütəxəssislərinin, ölkəmizin aidiyyəti dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirdə Azərbaycanda əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, habelə əlilliyi olan şəxslərin reabilitasiyasında tibbi modeldən sosial modelə keçid prosesi ilə bağlı zəruri islahatlar müzakirə olunacaq. --17D—
-
- İqtisadiyyat
- 8 Dekabr 2014 14:59
-
- İqtisadiyyat
- 8 Dekabr 2014 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz