Vergilər Nazirliyinin inzibati binasının tikintisinə daha 132,12 mln manat
Vergilər Nazirliyi “Renaissance Construction Azerbaijan” MMC ilə Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikinti işlərinin satın alınması barədə müqavilə imzalayıb.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, müqavilənin qiyməti 132 mln 121 min 681,9 manatdır.
Əvvəllər KİV yazırdı ki, Vergilər Nazirliyinin inzibati binasının hündürlüyü 176 m olacaq.
Maraqlıdır ki, bu, Vergilər Nazirliyi ilə “Renaissance Construction Azerbaijan” MMC arasında ictimaiyyətə məlum olan ikinci müqavilədir. İlin əvvəlində nazirlik məlumat vermişdi ki, bu subyektlər arasında Vergilər Nazirliyinin inzibati binasının ikinci mərhələsinin tikintisi üzrə müqavilə bağlanılıb (http://goo.gl/ukUzKT). Müqavilənin qiyməti 18 mln 499 min 719 manat idi. 2013-cü ildə Vergilər Nazirliyi “Aikon Cpit” MMC ilə bu layihə üzrə 20 mln 796 min 670 manat məbləğində müqavilə bağlayıb.
“Renaissance Construction Azerbaijan” MMC “Synergy Group” ASC qrupuna daxildir. Onu 2010-cu ildə “Synergy Construction” ilə “REC ULUSLARARASI İNŞAAT YATIRIM SANAYİ VE TİCARET A. S” ( “Renaissance Construction”un törəməsi, “Renaissance Holding”ə daxildir, Ankara/Türkiyə) təsis edib. Tərəflərin pay iştirakı bərabərdir. BM-nin nizamnamə kapitalı $1,2 mln-dır. 08B
-
- Cəmiyyət
- 10 Oktyabr 2015 12:54
-
- İqtisadiyyat
- 10 Oktyabr 2015 13:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz