Nəqliyyat Nazirliyi avtobus və metroda vahid ödəniş sisteminə (VÖS) keçidi texniki səbəblərdən təxirə salıb.
Nazir müavini Musa Pənahov bildirib ki, VÖS-ün tətbiqi Avropa Oyunlarından sonra mərhələlərlə olacaq.
VÖS BŞİH yanında Bakubus şirkətinin avtobuslarında tətbiq ediləcək. Başqa avtobuslarla bağlı vəziyyət aydın deyil.
VÖ-ün tətbiqi illərdi müzakirə edilir, Turan Agentliyinin araşdırmalarına əsasən, onun tətbiqində nə Metropoliten, nə Bakı ŞİH, nə də Nəqliyyat Nazirliyi maraqlıdır. Tədqiqat metro və avtobuslarda milyinlarla gəlirin qeyri-şəffaflığını açkarlayıb. Məsələn, Bakı Metropolitenində adambaşına daşımalar Tbilisi, Moskva, Kiyev, Paris və Berlindəkindən 3-5 dəfə ucuzdur. Avtobuslarda sürücülərin 3 günlük gəliri aylıq xərclərini ödəyir. Amma ictimai nəqliyyat dövlət subsidiyalarından gen-bol istifadə edir.—0--
-
- İqtisadiyyat
- 13 May 2015 12:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz