Vyanada AI Şərq Tərəfdaşlığı ölkələrinin biznes forumu başlayıb
Vyana/06.12.18/Turan: Avstriyanın paytaxtı Vyana şəhərində Aİ Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldova) biznes forumu işə başlayıb.
Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin hökumət, biznes dairələri, vətəndaş cəmiyyəti və media nümayəndələri, habelə Aİ üzvləri iştirak edirlər.
Forum "Enerji səmərəliliyi və bərpa olunan enerji" və "İnformasiya Texnologiyaları və rəqəmsal bazarlar" mövzusunda iki paneldən ibarət olacaq.
Təşkilatçıların sözlərinə görə, iştirakçılar enerji səmərəliliyi, enerji resurslarından səmərəli istifadə və bərpa olunan enerji sahələrində informasiya mübadiləsi imkanı əldə edəcəklər. Bərpa olunan enerji mənbələrinin işlənməsində yeni texnologiyaların tətbiqi diqqət mərkəzində olacaq. Paneldə Azərbaycan Energetika Nazirliyinin nümayəndəsinin çıxışı gözlənilir.
İkinci paneldə iştirakçılar rəqəmsallaşdırma məsələlərini müzakirə edəcəklər.
Təqdimatların və qrup müzakirələrinin mövzusu vahid rəqəmsal bazarda imkanlar, genişzolaqlı rabitə və özəl sektora investisiyalar olacaq.
Bundan əlavə, təşkilatçıların fikrincə, biznes forum müəssisələr arasında işgüzar əlaqələrin qurulmasına xidmət etməlidir.
Xüsusi b2match tətbiqinin köməyi ilə iştirakçılar yerli və xarici biznes nümayəndələri və ya "Advantage Austria"dan olan ticarət nümayəndələri ilə fərdi görüşlər ayıra biləcəklər. -71D-
-
- Cəmiyyət
- 6 Dekabr 2018 13:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz