XalqBankın ipoteka portfeli 120 mln manata çatıb
Fevralın 1-i üçün «XalqBank» ASC-nin verdiyi ipoteka kreditlərin orta həcmi 43,3 min manat olub. Bank indiyədək 118 mln 307 min manat ipoteka kreditləri verib, deyə bankın saytı məlumat verir.
«İndiyədək bank 2 min 732 ipoteka krediti verilib. Onların çoxu (52,5% və ya 1433 ədəd) bankın ipoteka proqramının payına düşür. Qalan 1299 kredit İpoteka Fondunun vəsaiti hesabınadır.
XalqBank ipoteka proqramı çərçivəsində 25 illiyə kredit verir. Maksimal məbləğ 500 min manat, dərəcə 10%-dir. AİF vəsaitləri ilə kreditlərin maksimum məbləği 50 min manatdır.
«XalqBank» ASC 2004-cü ildə lisenziya alıb. Səhmdarları EuroStandard, IdealBusiness və Avanqard MMC-dir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz