Xarici investorlara 65 layihə təqdim olunub
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) "İnvestisiya layihələri" kataloqunu yeniləyib.
Kataloqda kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji, turizm, İKT, tikinti və s. kimi ölkə iqtisadiyyatının prioritet sahələrini əhatə edən və xarici investorlar üçün maraqlı ola biləcək 65 investisiya layihəsi əksini tapıb.
AZPROMO-nun məlumatında qeyd olunur ki, kataloq həm Azərbaycanda, həm də xaricdə keçirilən tədbirlər və ikitərəfli görüşlər zamanı xarici iş adamlarına təqdim olunur.
"İnvestisiya layihələri" kataloqu özəl investorların təklifləri əsasında hazırlanır. AZPROMO (İqtisadiyyat Nazirliyinin strukturu) uzun illərdir bu kataloqu hazırlayır.08D
-
- Cəmiyyət
- 2 Avqust 2016 15:54
-
- Söz istəyirəm
- 2 Avqust 2016 16:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz