Xarici ticarət dövriyyəsi 10,58% azalıb
Son bir neçə ildə ilk dəfə 2014-cü ildə idxal və ixrac azalıb. Bu, dünya bazarında neftin ucuzlaşmasının nəticəsidir. Bu həm də investisiya təyinatlı malların tədarükünün azalması ilə sonuclanıb.
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanın 150 ölkə ilə xarici ticarət dövriyyəsi $31mlrd 16,3 mln olub. Bu, 2013-cü ildəkindən 10,58% azdır. Ötən il ixrac strukturunda neft, qaz və neft məhsullarının xüsusi çəkisi 91,97% olub. Onların ixrac həcmi azaldığı üçün bu göstərici 2013-cü illə müqayisədə 0,44% azalıb.
Ötən il ölkədən mal ixracı həcmi $21 mlrd 828,6 mln, idxalı $9 mlrd 187,7 mln olub. Maraqlıdır ki, 2014-cü ilin son ayı ixrac həcminin azlığına ($1 mlrd 115,1 mln), idxalın yüksək səviyyəsinə ($1 mlrd 75,5 mln) görə rekord vurub.
2014-cü ildə xarici ticari əməliyyatlarının müsbət saldosu $12 mlrd 640,9 mln təşkil edib.
2012-2013-cü illərdə idxal-ixrac həcmi ($ min):
| 2012-ci il | 2013-cü il |
idxal | 9 655 628.16 | 10 712 502.70 |
ixrac | 23 907 971.97 | 23 975 416.97 |
08В
-
- İqtisadiyyat
- 17 Yanvar 2015 13:10
-
- Siyasət
- 17 Yanvar 2015 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz