Ən qapalı bank da bazarda qalacaq
«Evrobank» ASC 39 mln manat məbləğində istiqraz buraxacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, qeydiyyat 15 yanvar 2015-ci il tarixdə olub.
Emissiya hər birinin nominal dəyəri 500 manat olan 78 000 ədəd istiqrazdan ibarətdir. Uzun müddən bank vəsait cəlb edə bilmirdi. Bir müddət əvvəl bankın baş mühasibi Həsən Bayramov mətbuata bildirmişdi ki, “Evrobank” ASC yaxın vaxtlarda mövcud səhmdarları sırasına yeni investor cəlb etmək niyyətindədir. «Əsas məqsəd Mərkəzi Bankın ölkədəki kommersiya banklarının məcmu kapitalına qarşı irəli sürdüyü minimal tələbin yerinə yetirilməsidir.
Bəzi KİV-də bankın satışa çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil: “Bankın satışa çıxarılması xəbəri yanlışdır. Sadəcə olaraq, “Evrobank” kapital tələbini ödəmək üçün əlavə səhmdar cəlb edir”. Baş mühasibin sözlərinə görə, yeni səhmdar rolunda Azərbaycanın iri holdinqlərindən biri çıxış edəcək və həmin səhmdar bankın nizamnamə kapitalında 50%-dən çox iştirak payı (nəzarət səhm paketi) təklif olunub. Beləliklə, səhmdarların tərkibində dəyişiklik olacaq –12 fiziki şəxs əvəzinə 6 fiziki və 1 hüquqi şəxs olacaq », - deyə baş mühasib bildirib.
Evrobank 1992-ci ildən fəaliyyət göstərir. Hazırda nizamnamə kapitalı 11 mln manatdır. --17D—
-
- Siyasət
- 17 Yanvar 2015 13:06
-
- İqtisadiyyat
- 17 Yanvar 2015 13:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz