Xarici ticarət dövriyyəsi 3,4% artıb
2013-cü ilin I yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi $20 mlrd olub. Bu, bir il əvvəlkindən 3,4% çoxdur. Artım idaxlın 16,6% artması hesabınadır.
Gömrük Komitəsinin məlumatına görə, 7 ayda ölkədən $13 863,9 mln məbləğində mal ixrac edilib. İxracın çoxu ($12,8 mlrd və ya 92,4%) enerji resurslarıdır. İxracın 47,5%-i ($6 595,3 mln) Aİ ölkələrinin payına düşür. Dövlət sektorunun payı 94,1%-dir ($13 mlrd).
Bu dövrdə ölkəyə $6 181,7 mln məbləğində əmtəə idxal edilib. Bu, bir il əvvəlkindən 16% çoxdur. Aİ ölkələrindən idxal $2 074 mln və ya 33,5%-dir. Dövlət sektorunun payı 30,4%-ə ($1 880 mln) çatır.
Xarici ticarət balansının müsbət saldosu $7 683 mln təşkil edib.
Bu il Azərbaycan 141 ölkə ilə ticari əlaqədə olub. 1 677 adda mal ixrac edilib, 5 587 adda mal idxal olunub. İdxal-ixrac əməliyyatları ilə 5 237 subyekt məşğul olub. Bunun 3 219-u hüquqi şəxsdir. 241 müəssisə dövlət sektoruna aiddir. 08D
-
- Siyasət
- 19 Avqust 2013 17:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz