Xarici ticarət dövriyyəsi 34,7% azalıb
İlin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $18,8 mlrd təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 34,7% azdır, deyə Gömrük Komitəsi məlumat verir.
Hesabat dövründə $10,6 mlrd məbləğində mal ixrac edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 48,7% azdır. Xaricdə $8 mlrd 196,1 mln məbləğində mal alınıb. Bu, ötən ilin eyni dövründəkindən 1% çoxdur.
DGK-ya görə, noyabrda ixrac $140,6 mln, idxal $106 mln azalaraq $854,3 mln və $756,1 mln təşkil edib.
İxrac strukturunda neft, təbii qaz və neft məhsullarının xüsusi çəkisi 86% olub.
Bir çox ekspertlərin fikrincə, idxalın real həcmi DGK-nın rəsmi göstəricisindən 30% çoxdur. İdxalın bir hissəsi gömrük qeydiyyatına alınmır, bir çox mallar ucuz qiymətə rəsmiləşdirilir. Ona görə xaricdən mal alınması xərcləri gömrüyün bəyan etdiyindən xeyli yüksəkdir. Bu, manatın real məzənnəsinə mənfi təsir edən amillərdən biridir. 08D
-
- İqtisadiyyat
- 22 Dekabr 2015 11:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz