Xarici ticarət dövriyyəsi 6,4% artıb
2013-cü ilin yanvar-sentyabrında Azərbaycanın xarici ticarət dövriyyəsi $26,1 mlrd olub. Bu, bir il öncəkindən 6,4% çoxdur. Əmtəə dövriyyəsində artım bu dövrdə idxalda 19,2% artımla bağlıdır.
Gömrük Komitəsinin məlumatına görə, 9 ayda Azərbaycandan $18 mlrd məbləğində mal ixrac edilib. İxracın çoxu ($16 754 mln və ya 92,7%) enerji resurslarıdır. İxracda Aİ ölkələri 46,5% ($8,4 mlrd) paya malikdir. İxracatda dövlət sektorunun payı 94,2%-dir ($17 mlrd).
Deyilən dövrdə ölkəyə $8 069 mln məbləğində mal gətirilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 16,4% çoxdur. Aİ ölkələrindən idxal $2 715 mln və ya idxalın 33,6%-i olub. İdxalın 31%-i ($2,5 mlrd) dövlət sektorunun payına düşüb.
Xarici ticarət balansının müsbət saldosu $9 956 mln-dur.
Bu il Azərbaycan dünyanın 144 ölkəsi ilə ticari əlaqədə olub. 1 827 adda mal ixrac edilib. 5 839 adda idxal olunub. İdxal-ixracla 5 991 sahibkarlıq subyekti məşğul olub. Bunun 3 460-ı hüquqi şəxsdir, 252 müəssisə dövlət sektoruna aiddir. 08D
-
- Cəmiyyət
- 21 Oktyabr 2013 14:15
-
- İqtisadiyyat
- 21 Oktyabr 2013 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz