Xarici ticarət dövriyyəsi 8,3% artıb
Bu ilin birinci rübündə Azərbaycanda xarici ticarət dövriyyəsi $8 556 mln. təşkil edib ki, bu da əvvəlki ildə olduğundan 8,3% çoxdur. Xarici ticarət balansının müsbət saldosu $4 134,6 mln. təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycandan ümumi məbləği $6 345 mln. həcmində mal ixrac edilib. Bu 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,65% çoxdur. Aİ ölkələrinin payına ixracın 47%-i (təxminən $3 mlrd.) düşür. İxrac portfelində dövlət sektorunun xüsusi çəkisi 94,7% (təxminən $6 mlrd.) təşkil edir. İxracın əsas hissəsini (92,7%) enerji resursları təşkil edir.
Sözügedən müddətdə ölkəyə ümumi məbləği $2,2 mlrd. həcmində mal göndərilib ki, bu da 2012-ci ilin yanvar-mart aylarında olduğundan 7,6% çoxdur. Aİ ölkələrindən mal idxalı $618 mln. və ya idxalın 28%-ni təşkil edib. Dövlət sektorunun payına idxalın 28%-i düşüb.
Bu il Azərbaycan dünyanın 124 ölkəsi ilə ticarət əlaqələrinə malik olub. 961 adda mal ixrac edilib, 3 432 adda mal idxal olunub. İdxal-ixrac əməliyyatları ilə 3248 sahibkarlıq subyekti məşğuldur. Onlardan 2,3 mindən çoxu hüquqi şəxsdir ki, bunun da 176-ı dövlət sektoruna aiddir.08D
-
- İqtisadiyyat
- 18 Aprel 2013 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz