Xarici ticarət dövriyyəsinin rəsmi azalması sürətlənir
Bu ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $28,8 mlrd olub. Bu, 2013-cü ilin eyni dövründəkindən 9,1% azdır. Xarici ticarətin müsbət saldosu $12,6 mlrd-dır. Noyabrda xarici ticarət dövriyyəsi ($2 270 mln) oktyabrla müqayisədə $408 mln azalıb. Bu, neftin ucuzlaşması ilə bağlıdır.
Azərbaycanın ixracatının 84,7%-i neftin payına düşür. İllik hesablamada onun ixracı $1 mlrd 9 mln azalıb, deyə Gömrük Komitəsinin hesabatında bildirilir.
İlin əvvəlindən Azərbaycan 147 ölkə ilə ticari əlaqədə olub. Azərbaycanın mal ixracı həcmi ($20 mlrd 713 mln) 5,8% azalıb.
Mal idxalı həcmi 16,6% azalaraq $8 mlrd 112 mln olub. İdxalın 26,2%-i dövlət sektorunun payına düşür.
Müstəqil ekspertlər 15 əsas ticari tərəfdaşla idxalın müqayisəli statistikasına əsaslanıb real xarici ticarət dövriyyəsinin daha yüksək olduğunu bildirir. Qubad İbadoğluya görə, 2013-cü ildə 15 ölkədən idxal həcmi $12 mlrd 393 mln olub, halbuki Gömrük Komitəsi bu göstəricini $7 mlrd 431 mln kimi sənədləşdirib
İdxalın mənfi dinamikasına baxmayaraq, DGK gömrük rüsumu və vergisi planını ödəyəcək. İlin əvvəlindən DGK xətti ilə dövlət büdcəsinə 1 mlrd 378 mln manat köçürüb. Dekabrda 132 mln manat yığıb planı doldurmaq olar. 08D
-
- İqtisadiyyat
- 17 Dekabr 2014 16:22
-
- Cəmiyyət
- 17 Dekabr 2014 16:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz