Bu ilin 9 ayında Azərbaycana $17 mln 372,9 min məbləğində 424361 min ədəd avtomobil şini gətirilib. Azərbaycan avtomobilçilərinin çoxunun təmir üçün getdiyi Gürcüstan isə bu dövrdə xaricdən $52 mln məbləğində şin alıb.
Gömrük Komitəsinin məlumatına görə, idxal edilən pnevmatik rezin şinlərin 35%-i istifadə edilmiş şinlərdir (148 min).
Minik avtomobilləri üçün şinlər xaricdə biri $25,35-a, yük avtomobilləri üçün $150,87-a alınır.
Belarus statistika qurumunun məlumatına görə, bu ilin 9 ayında bu ölkədən Azərbaycana 20 min avtomobil şini ($1 mln 359,3 min) gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 2,7% azdır. Belarus şininin tədarükü $400 min azalıb. Azərbaycan gömrüyündə bu dövrdə 310 traktor şini bəyan edilib.
2013-cü ildə Azərbaycana $33 mln 23 min (-3,1%) məbləğində 822,5 min (+5,8%) şin idxal edilib. Ötən il Belarusdan rəsmi şin idxalı $783,4 min məbləğində 39,5 min ədəd olub. 08B
-
- Siyasət
- 17 Dekabr 2014 16:00
-
- İqtisadiyyat
- 17 Dekabr 2014 16:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz