Xarici ticarət əməliyyatlarında böyük mənfi saldo
Bu ilin sentyabrında Azərbaycanın xarici ticarət balansının kəsiri $93,3 mln. olub. Bu, ilin əvvəlindən ölkənin xarici ticarət əməliyyatlarında üçüncü, həm də ən yüksək mənfi saldo göstəricidir.
Ötən ay Azərbaycandan mal ixracının həcmi $586,7 mln. təşkil edib ki, bu da avqustda olduğundan 124,2 mln. azdır. $679,9 mln. həcmində mal alınıb. Sentyabrda idxal 85,3 mln. artıb.
Qeyd edək ki, 2014-cü ilin sentyabrında ölkənin xarici ticarət əməliyyatlarının müsbət saldosu 1,1 mlrd.-a yaxın təşkil edib.
Azərbaycanın əsas ixrac malı olan xam neftin dünya qiymətinin enməsi fonunda xarici ticarət əməliyyatları üzrə valyuta daxilolmalarının göstəriciləri pisləşir. Əgər 2014-cü ilin yanvar-sentyabrında ölkənin xarici ticarət balansının müsbət saldosu $10,8 mlrd. təşkil edibsə, 2015-ci ilin həmin dövrü üçün bu göstərici $2 mlrd. 191 mln.-a enib. 08D
-
- İqtisadiyyat
- 20 Oktyabr 2015 19:29
-
- İqtisadiyyat
- 20 Oktyabr 2015 20:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz