- İqtisadiyyat
- 20 Oktyabr 2015, 19:29
- 157
Telman İsmayılovun borcu yarım milyard dolları ötüb
АСТ qrupunun təsisçisi Telman İsmayılov kreditorların hərəkətlərindən şoka düşüb, biznesmenin nümayəndələri bildiriblər.
Oktyabrın 6-da Moskva Bank Rusiya Arbitraj Məhkəməsində T.İsmayılovun strukturundan - əslən Azərbaycandan olan Rusiya vətəndaşından $213,3 mln. tələb edib.
Biznesmenin fikrincə, onun aktivlərinin reyder üsulu ilə ələ keçirilməsinə başlanılır, “Vedomosti” qəzeti yazır.
Moskva məhkəmələri T.İsmayılovun Moskva vilayətində şəxsi aktivlərinə həbs qoyublar, oliqarxın tanışları bildirirlər ki, biznesmen borclarla hesablaşmaq üçün bahalı daşınmaz əmlakını satmaq istəyir. Lakin Moskva Bank satışa icazə vermir, “borclunun iflasına nail olmaq istəyir”.
Qəzetin hesablamalarına görə, hazırda T.İsmayılovun və onun şirkətinin borcu $586 mln.-u ötür ki, bu da onun Forbes jurnalı tərəfindən dəyərləndirilən sərvəti ilə müqayisə edilə bilər.
İndi T.İsmayılov özünün Türkiyədəki lüks Mardan Palace otelindən məhrum edilmək riski ilə üz-üzədir. Belə ki, Türkiyənin Garanti Bankası otelin noyabrın 2-də satışa çıxarılmasına nail olub.
Otelin və villaların ilkin qiyməti $244 mln. həcmində müəyyən edilib. Qəzet qeyd edir ki, T.İsmayılovun sözlərinə görə, bu, Mardan Palace-a qoyulan investisiyadan təxminən 6 dəfə azdır.
Kreditorlara və T.İsmayılovun oğlu Ələkbərə qarşı iddialar da var. İyulda Moskva Doroqomilov məhkəməsi ondan $186 min məbləğində borcun tutulması barədə icra vərəqəsi yazıb. -02D-
-
- Siyasət
- 20 Oktyabr 2015 19:06
-
- İqtisadiyyat
- 20 Oktyabr 2015 20:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz