Xarici ticarət əməliyyatlarının həcmi 35% azalıb
Bu ilin 10 ayı ərzində Azərbaycanın dünyanın 158 ölkəsi ilə xarici ticarət əməliyyatları $17,2 mlrd. təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 35,2% azdır. Əmtəə ixracı iki dəfə azalıb. Bu barədə bu gün Dövlət Gömrük Komitəsi bildirib.
İlin əvvəlindən $9 765 mln. ixrac edilib ki, bu da ötən ilin yanvar-oktyabr aylarında olduğundan 49,1% azdır. İxracın 88,7%-i dövlət sektorunun payına düşür. Azərbaycandan əmtəə ixracında MDB ölkələrinin xüsusi çəkisi cəmi 4,1% ($407,1 mln.) təşkil edir. Eyni zamanda karbohidrogen xammalı (neft, neft məhsulları və təbii qaz) Azərbaycandan əmtəə ixracında dəyər ifadəsində 80,2% pay təşkil edir.
Ötən dövrdə əmtəə idxalının həcmi 1% artaraq $7 mlrd. 441 mln.-a çatıb. İdxal edilən malların 17,2%-i dövlət müəssisələrinin payına düşüb. Ümumi məbləği $109,5 mln. həcmində neft məhsulları ixrac edilib ki, bu da 2014-cü ilin həmin dövrü ilə müqayisədə 57,3% azdır.
İdxalın artımına baxmayaraq, Azərbaycanda xarici ticarət dövriyyəsinin saldosu əvvəlkitək müsbət olaraq qalır (+$2 mlrd. 324 mln.).
Bəzi ekspertlər ehtimal edirlər ki, xam neftin indiki qiyməti qalarsa 2016-cı ilin birinci yarısında Azərbaycanda xarici ticarət dövriyyəsinin saldosu mənfi ola bilər.--08D—
-
- İqtisadiyyat
- 19 Noyabr 2015 12:16
-
- İqtisadiyyat
- 19 Noyabr 2015 12:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz