Avtomobil idxalı azalır
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 24,219 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27 867 ədəd azdır. Mütəxəssislər hesab edir ki, bunun obyektiv səbəbləri var.
Bu il hökumət avtomobil nəqliyyatı vasitəsi idxal üzrə aksiz dərəcələrini xeyli artırıb. Ötən ildən idxal edilən avtomobillərə daha sərt ekoloji normalar qoyulub. Bazar iştirakçıları qeyd edir ki, minik avtomobilləri bazarı xeyli zəifləyib: təkcə idxal yox, təkrar bazarda da azalma var.
Əgər 2014-cü ilin on ayında Azərbaycana 47 379 minik avtomobili tədarük edilmişdisə, 2015-ci ilin eyni dövründə xaricdə 21 497 belə avtomobil alınıb.
Maraqlıdır ki, ölkəyə yük avtomobillərinin (1 750, -57,6%) və xüsusi texnikanın (215, -31,1%) idxalı da azalıb və bu, işgüzar aktivliyinin azalması ilə bağlıdır.
Bu ilin yayında Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı hökumət bir neçə yüz müasir avtobus aldı. İlin əvvəlindən 757 ədəd avtobus və mikroavtobus gətirilib. Bu, ötən ilin 10 ayındakından 487 ədəd çoxdur. 08D
-
- İqtisadiyyat
- 19 Noyabr 2015 12:20
-
- İqtisadiyyat
- 19 Noyabr 2015 12:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz