- İqtisadiyyat
- 8 Aprel 2016, 15:09
- 189
Xəzər Dəniz Gəmiçiliyi 6 yeni yük gəmisi alıb
«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 6 yeni yük gəmisi alıb.
XDG-nin mətbuat xidmətində Turan-a deyiblər ki, gəmilər Rusiyadan alınıb. Amma kommersiya mülahizələrindən nə tədarükçü, nə də sazişin qiyməti açıqlanmır. Gəmilərin hər biri 5500 ton dedveytə malikdir.
İlk üç gəmi Azərbaycan tərəfinə aprelin 11-də, qalan 3-ü ayın sonuna kimi veriləcək. Onların hamısı Qara dəniz – Aralıq dənizi hövzəsində istismar ediləcək.
Hazırda AXDG-nin sərəncamında 290 gəmi başqa üzən qurğu var. Bunun 90-ı nəqliyyat gəmisi, onlardan 33-ü tanker, 20-i quru yük gəmisi, 13-ü bərədir və s. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz