Yanvar-fevralda ilkin səhm bazarında 6,4 dəfə artım olub
2013-cü ilin yanvar-fevralında Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 1053,137 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 45,1% azdır.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 94,8%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja satışlarının həcminin azalması 46,8% azalan dövlət kağızları bazarının hesabına olub. Notların ilkin bazarında əqd dövriyyəsi 2,5% dəfə, repo əməliyyatlarla əqdlər 47,6% azalıb.
Korporativ qiymətli kağızlar bazarı 35,5% artıb. İstiqrazların ilkin yerləşdirilməsi həcmi hesabat dövründə 24,2 artıb, onlarla təkrar əməliyyat həcmi 3 dəfə azalıb. İlkin səhm bazarında 6,4 dəfə, təkrar bazarda 53,6% artım olub. İlkin bazarda əqd sayı 9-dan 35-ə, təkrar bazarda 304-dən 584-ə artıb. --15D--
-
- İqtisadiyyat
- 5 Mart 2013 11:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz