Yanvar-noyabrda MKRX-yə müraciətlər 2,4 dəfə artıb
2013-cü ilin oktyabrında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 232037 sorğu olub. Bu, ötən aydakından 8,5% çoxdur. Müraciətlərin 0,19%-i fiziki şəxslərə aiddir. Onlar ay ərzində 4,3% azalıb.
Mərkəzi Bankın məlumatına görə, 2013-cü ilin 10 ayında MKRX-yə 1 834 132 min sorğu edilib. 2012-ci ilin yanvar-oktyabrı ilə müqayisədə bu göstərici 1074,15 min və ya 2,4 dəfə artıb. Həmin dövrdə fiziki şəxslər 4174 min və ya ümumi göstəricinin 0,23%-i qədər sorğu göndəriblər.
1 noyabr 2013-cü il üçün borcalanların sayı 1,880 mln-a çatıb. Bunun 1,854 mln-u fiziki şəxslərdir. Hesabat tarixinə zaminlər 764,6 min olub. Ümumi kredit məlumatı sayı 6,1 mln-a çatıb.
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ildə yaradılıb. Burda fiziki və hüquqi şəxslərin kredit məlumatları toplanır. Bu məlumatlardan, bank və QBKT-lər, məlumatı toplanan şəxslər iştirak edə bilər. Bank və QBKT-lər onlayn rejimdə elektron formada, borcalanlar 3 günə pulsuz alır. Qalan hallarda bir sorğu 1 manatdır. --15B--
-
- İqtisadiyyat
- 12 Dekabr 2013 16:33
-
- İqtisadiyyat
- 12 Dekabr 2013 17:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz