Yanvar-sentyabrda ipoteka kreditləşməsi 0,12% bahalanıb
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2012-ci ilin 9 ayında ümumi məbləği 46,2 mln manat olan ipoteka kreditləri veriblər. Bu, 2011-ci ilin eyni dövründəkindən 26,7 mln manat və ya 36,6% azdır.
Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən kreditləşmənin orta dərəcəsi 0,12% artaraq 7,03% olub. Orta kreditləşmə müddəti 278 aya çatıb.
Aylıq ödəniş üzrə orta göstərici 6% artaraq 319,6 manat təşkil edib.
Verilən kreditlərin məbləği üzrə analoji göstərici 1,5% azalaraq 38,79 min manat təşkil edib.
AİF-in agentləri 27 yerli bankdır. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 35 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. --15В--
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 13:15
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz