Accessbank-ın rəhbərliyi dəyişib
"Accessbank" QSC-nin yeni İH sədri Mixail Hofman bu vəzifədə Endryu Pospilovskini əvəz edib.
Bankdan verilən məlumata görə, Pospilovski sonrakı karyera planı və ailəsinın xaricə köçməsi ilə bağlı tərk edib.
Mixail Hofman indiyə qədər Avropa Yenidənqurma və İnkişaf Bankında çalışıb və Privoljsk federal dairəsində bank ofisinə rəhbərlik edib. O həmçinin Tolyattidə Chevrolet Niva. M avtomobili istehsal edən General Motors və Avtovaz birgə müəsisəsinin Direktorlaq Şurasının üzvü olub.
АccessBank 6 beynəlxalq maliyyə institutunun mülkiyyətidir: AYİB, BMK, QTİB, KfW, AccessHolding və LFS-dir.
Bu yaxınlarda səhmdarların verdiyi qərara əsasən, AccessHolding "Accessbank"da kapital payını 16.53%-dən 50,1% -ə artıracaq. Belə ki, Qara dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası KfW hər biri öz payını 7.55% azaldaraq 12.45%-a, LFS 0.10% azaldaraq 3.47%-ə endirir.--15B--
-
- Siyasət
- 8 Noyabr 2012 13:07
-
- İqtisadiyyat
- 8 Noyabr 2012 14:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz