Yanvarda Mərkəzi Bankın valyuta ehtiyatları 618 mln. dollar «əriyib»
Yanvarın sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 4 mlrd. 398,5 mln. dollar təşkil edib. Bir ay ərzində bankın ehtiyatları 618,2 mln. dollar azalıb, deyə Mərkəzi Bankın saytındakı məlumatda bildirilir.
2015-ci ilin sonlarında bankın valyuta ehtiyatları 5 mlrd. 16,7 mln. dollar təşkil edib. Bir ay ərzində ehtiyatlar 12%-dən çox azalıb. Bir il ərzində Mərkəzi Bankın ehtiyatları təxminən üç dəfə azalıb. -02D-
-
- İqtisadiyyat
- 2 Fevral 2016 18:33
İqtisadiyyat
-
Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirləri bu həftə Ankarada ikinci üçtərəfli görüşlərini keçirdilər və iqtisadiyyat, enerji və nəqliyyat sahələrində regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji sənəd olan Ankara Bəyannaməsini imzaladılar.
-
Hökumət məlumatlarına görə, Azərbaycanda mal-qaranın sayının azalması və yem qiymətlərinin kəskin artması fonunda ət və süd məhsullarının idxalı sürətlə artır. Bu vəziyyət ölkənin heyvandarlıq məhsullarına olan daxili tələbatını ödəməkdə çətinlik çəkdiyini vurğulayır.
-
Azərbaycanın xarici ticarət dövriyyəsi 2024-cü ildə 6,98% azalıb, ixrac kəskin enərkən idxal artıb. Bu tendensiya ölkənin ticarət balansı və manatın sabitliyi ilə bağlı narahatlıqları artırır, gömrük məlumatları göstərir.
-
Böyük Britaniya hökuməti Avrasiya regionunda ticarət və investisiya iştirakını gücləndirmək məqsədilə Şimali İrlandiyalı təcrübəli siyasətçi və Lordlar Palatasının üzvü Con Alderdaysi Azərbaycanın və Mərkəzi Asiyanın yeni Ticarət Nümayəndəsi təyin edib. Bu təyinat 29 yanvar 2025-ci ildə Böyük Britaniyanın Ticarət naziri tərəfindən elan olunub və ölkənin qlobal ticarət şəbəkəsini gücləndirmək məqsədilə yaradılmış 32 ticarət nümayəndəsindən ibarət yeni komandanın bir hissəsidir.
Rəy yaz