- İqtisadiyyat
- 17 Fevral 2015, 14:10
- 162
Yanvarda neft hasilatı 2,7%, qaz hasilatı 12,5% artıb
Yanvarda neft hasilatı 3,7 mln ton olub, deyə Dövlətstatkom məlumat verir.
2014-cü ilin yanvarında bu göstərici 3,6 mln ton olub. Beləliklə, bu ilin yanvarında hasilat 2,7% artıb.
Amma bu artımın necə olduğu bilinmir. Çünki hökumət 2015-ci ildə hasilatın 1,3 mln ton azalacağını proqnozlaşdırırdı (ayda 108 min ton – red).
2015-ci ilin yanvarında ölkədə qaz hasilatı 1,8 mlrd kubmetr (artım 12,5%) olub.
2014-cü ildə Azərbaycanda neft hasilatı 41,9 mln ton, əmtəəlik qaz hasilatı 18,7 mlrd kubmetr olub.
Azərbaycan hökuməti 2015-ci ildə neft hasilatını 40 mln 615,6 min ton, qaz hasilatını (əmtəəlik qaz daxil) 28 mlrd 420 mln kubmetr proqnozlaşdırıb. –12D--
-
- İqtisadiyyat
- 17 Fevral 2015 13:46
-
- İqtisadiyyat
- 17 Fevral 2015 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz