Yaşıl Kart müqaviləsi üzrə ilk mükafatlar
İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri Yaşıl Kart sistemi çərçivəsində qazanc əldə etmək istəyir.
İSB-nin məlumatına görə, 2016-cı ilin yanvar-mart ayları ərzində 324 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqlarının məbləği 55 437 manat təşkil edib. Bunun hamısı İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələrinin payına düşür.
Sığorta polislərinin çoxu (196 ədəd) martda satılıb və bu sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 35 547 manat təşkil edib. --17D—
-
- Cəmiyyət
- 4 Aprel 2016 14:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz