![Yeddi yeni tikinti norması təsdiq edilib](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Yeddi yeni tikinti norması təsdiq edilib
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 7 yeni tikinti normasını təsdiq edib. Onlar sovet dövründə qəbul edilən köhnə normativləri əvəz edib.
Aprelin 24-dən Azərbaycan ərazisində polad, ağac, beton, dəmir-beton konstruksiyalar, eləcə də dam örtüyü, dirəklər üstündə qurulmuş təməllərin layihələndirilməsi normalarını tənzimləyən texniki normativlər qüvvədədir. Binaların və tikililərin torpaq özülü, həmçinin yüklənmə və təsirləri üçün yeni normativlər müəyyən edilib. 08D
-
- Siyasət
- 30 Aprel 2015 18:48
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz