Yeni binalarda mənzil alanların aktivliyi azalıb
İlin I yarısında ilkin mənzil bazarında qiymətlər 3,3% azalıb, təkrar bazarda 4% artıb.
Mərkəzi Bankın pul siyasəti üzrə dünən açıqlanan hesabatında deyilir ki, daşınmaz əmlak bazarında I rübdə müşahidə edilən aktivlik aprel-iyulda azalıb.
Hesabat müəlliflərinin fikrincə, təkrar mənzil bazarında qiymət artımı tələbin və təklifin azalması ilə şərtlənir. Ona görə bu seqmentdə 1 kv metrin qiyməti hələ də 2008-ci ilin sonunun göstəricisindən 10,9% aşağıdır, ilkin bazarda geriləmə isə 26%-dir.
Yan var-iyunda yaşayış və kommersiya obyektlərinin icarə qiyməti 10,1% və 10,6% artıb.
İpoteka kreditləşməsi daşınmaz əmlak bazarında, xüsusən təkrar mənzil bazarında aktivliyə təsir edib. Ölkə büdcəsindən ayrılan vəsait hesabına I yarımildə 450 ailə 15 mln manat sosial ipoteka krediti alıb.
I yarımildə Azərbaycan İpoteka Fondunun müvəkkil bankları 560 ailəyə 22 mln manat ipoteka krediti verib. --17D—
-
- Cəmiyyət
- 10 Avqust 2012 17:10
-
- İqtisadiyyat
- 10 Avqust 2012 18:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz