Yeni dövlət kənd təsərrüfatı müəssisəsi yaradılıb
Nazirlər Kabineti Qax rayon Damazlıq İpəkçilik Stansiyasının Dövlət Toxum Fondunun tabeliyinə verilməsi barədə qərar qəbul edib.
2016-cı ilin aprelində bu stansiya Kənd Təsərrüfatı Nazirliyinin 8 müəssisəsi ilə birgə özəlləşdirilmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilib. Sentyabrda bu stansiyanın dövlətsizləşdirilməsi barədə qərara yenidən baxılıb. O, yenidən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Nazirlər Kabinetinin qərarı bu qurumun təşəbbüsü ilə verilib. Təşəbbüsün səbəbi sənəddə açılanmır.
Hazırda Kənd Təsərrüfatı Nazirliyinin və onun strukturlarının (“Aqrolizinq” ASC, Baytarlıq ETİ, Üzümçülük və Şərabçılıq ETİ, Heyvandarlıq ETİ, DTF) tabeliyində 32 dövlət müəssisəsi var. 08D
-
- Cəmiyyət
- 7 Aprel 2017 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz