Yeni emissiyadan ABB səhmlərinin alıcıları tapıldı
Azərbaycanın ən böyük bankının ən az 200 mln. manat kapital cəlb edilməsi üçün dekabrın 12-də başlamış aksiya yerləşdirməsi yanvarın 16-da ilk bəhrəsini verib. 51 nəfərdən ibarət bir qrup səhmdar nominal üzrə 8 175 418 səhm alıb.
Bakı Fond Birjasının yaydığı məlumata görə, yerləşdirmə həcmi 2 125,6 min manat təşkil edib. Ötən ilin oktyabrında ABB səhmdarları növbədənkənar toplantıda nizamnamə kapitalının 4 il ərzində 500 mln. manat, o cümlədən ilk mərhələdə 200 mln. manat artırılması haqqında qərar qəbul ediblər.
Bankın hazırki səhmdarları (1800-dən çox fiziki və hüquqi şəxs) 4 ay ərzində səhmlərin alınmasında üstün hüquqlarından istifadə etməlidirlər. Qiymətli kağızların tam yerləşdirilməsi üçün daha iki ay nəzərdə tutulub.
Emissiya anında ABB-nin yerləşdirilmiş səhmlərinin miqdarı hər birinin nominal dəyəri 0,26 manat olan 1 mlrd. 416 mln. 666,6 min ədəd səhm təşkil edib. Elan edilmiş səhm buraxılışı zamanı 769 230 775 səhm yerləşdiriləcək.
Bankın ödənilmiş nizamnamə kapitalı 368,3 mln. manat təşkil edir. Azərbaycan hökuməti Maliyyə Nazirliyinin şəxsində səhmlərin 50,2%-i ilə bank üzərində nəzarəti öz əlində saxlayır. Ondan başqa heç kim bankda səhmlərin 10%-dən çoxuna malik deyil. -08D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz