Yeni qaydalarla özəlləşdirmə gələn ildən büdcəyə gəlir gətirəcək
2016-cı ilin dövlət büdcəsi dövlət əmlakının özəlləşdirilməsindən gəlir əldə etməyəcək.
Maliyyə naziri Samir Şərifov jurnalistlərə deyib ki, dövlət başçısının may fərmanı ilə bağlı yeni qaydalarla özəlləşdirmə gələn ildən büdcəyə gəlir gətirəcək. «Yeni sistemin tətbiqi üçün fərmandakı tapşırıqları yerinə yetiririk», - deyə o bildirib. Prezidentin fərmanına əsasən, hökumət 1 avqusta kimi «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» yeni qanun layihəsi hazırlamalı, Əmlak Məsələləri Dövlət Komitəsi hər il hərraca çıxarılan obyektlərin siyahısını büdcə paketinə təqdim etməlidir.
Bundan başqa, II Dövlət Proqramı çərçivəsində əqd bağlanmayan özəlləşdirilmə haqqında qərarlar dayandırılıb. Üç həftə ərzində dövlət mülkiyyətində olan obyektlərin yeni siyahısı hazırlanmalıdır. --17D—
-
- İqtisadiyyat
- 14 İyun 2016 20:55
-
- İqtisadiyyat
- 15 İyun 2016 10:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz