Sənaye istehsalı azalır
Bu ilin beş ayında Azərbaycanda 12,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % azdır, deyə Dövlətstatkom bildirir.
Deyilən dövrdə neft hasilatı 0,7 %, qaz hasilatı 9,9 %, elektrik enerjisi istehsalı 6,8 %, habelə bir sıra emal sənayesi məhsullarının istehsalı xeyli azalıb.
Hesabat dövründə mədənçıxarma sektorunda sənaye məhsulunun 64,5 %-i, emal sektorunda 28,6 %-i, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 6,1 %-i və s istehsal olunub.
DSK-nın hesablamasına görə, yanvar-mayda dəri məmulatlarının, ayaqqabıların istehsalı 73,6 %, kağız və karton istehsalı 6,0 %, poliqrafiya məhsullarının istehsalı 7,5 %, kimya sənayesi məhsullarının istehsalı 18,8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6 %, tikinti materiallarının istehsalı 26,2 %, metallurgiya məhsullarının istehsalı 9,4 %, maşın və avadanlıqların istehsalı 29,3 %, mebel istehsalı isə 8,3 % azalıb.
Hökumət iddia edir ki, iqtisadiyyat, o cümlədən sənaye istehsalı şaxələndirilib. Amma rəsmi statistik məlumatlar bu fikri təsdiq etmir. 08D
-
- İqtisadiyyat
- 15 İyun 2016 10:05
-
- İqtisadiyyat
- 15 İyun 2016 11:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz