İtaliya-Azərbaycan hökumətlərarası komissiyanın iclası
İyunun 13-də Romada iqtisadi əməkdaşlıq üzrə İtaliya-Azərbaycan hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib.
İtaliyanın iqtisadi inkişaf naziri Paolo Centiloni öz çıxışında qeyd edib ki, Transadriatik qaz kəməri İtaliya üçün strateji əhəmiyyət daşıyır və 2020-ci ilədək kəmərlə qaz nəqlinə başlanılması gözlənilir.
Onun sözlərinə görə, ötən il qarşılıqlı əmtəə dövriyyəsi 5 mrd. avro təşkil edib və artmaqda davam edir.
Centiloni deyib ki, iqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar var.
Nazir həmçinin qeyd edib ki, İtaliya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün ATƏT sədri kimi Almaniyanın səylərini dəstəkləyir. O vurğulayıb ki, 2018-ci ildə İtaliya ATƏT-ə sədr ölkə seçilərsə münaqişənin həlli üçün bütün səylərini göstərəcək.-02D-
-
- İqtisadiyyat
- 15 İyun 2016 10:10
-
- Cəmiyyət
- 15 İyun 2016 11:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz